Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlkin İzzət/
Qırğızıstanda axtarışda olan Qazaxıstan vətəndaşı Bakıda tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Qazaxıstan vətəndaşı Eldar Panagi tutulub.
Qedy edək ki, onun barəsində Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 123-cü (adam oğurluğu) və 170-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda elan edilib.