...

Ceyms Uorlik danışdı...

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Oktyabr 2014 15:44 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli hər hansı bir müqavilə və ittifaqdan deyil, Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır.
Ceyms Uorlik danışdı...

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Dağlıq Qarabağ münaqişəsinin həlli hər hansı bir müqavilə və ittifaqdan deyil, Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının Dağlıq Qarabağ münaqişəsinə mümkün təsiri ilə bağlı Trend-in sorğusuna cavabında bildirib.

C.Uorlik qeyd edib: "Ermənistan hökuməti öz qərarını verib və biz də bu qərara hörmət edirik. Dağlıq Qarabağ münaqişəsinin həlli hər hansı bir müqavilə və ittifaqdan deyil, Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır. Ümidvarıq ki, prezidentlər son vaxtlarda keçirdikləri görüşləri nəzərə alaraq, münaqişənin həll istiqamətində üzərilərinə öhdəlik götürəcəklər".

O, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki cari vəziyyətə də toxunub: "Təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca vəziyyət bu yay baş vermiş gərginlikdən sonra stabilləşib. Ancaq ümumilikdə gərginlik var".

Amerikalı həmsədr son zamanlar atəşkəs rejiminin pozulması, xüsusilə də mülki əhalinin hədəfə alınması ilə bağlı məlumatların narahatlıq doğurduğunu bildirib: "Mülki şəxslərin hədəfə alınmasına heç bir bəraət qazandırmaq olmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti