...

Minskdə "Zərifə Əliyeva" kitabının belarus dilində təqdimatı keçiriləcək

Siyasət Materials 29 Noyabr 2011 19:04 (UTC +04:00)
Minskdə "Zərifə Əliyeva" kitabının belarus dilində təqdimatı keçiriləcək.
Minskdə "Zərifə Əliyeva" kitabının belarus dilində təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası əlaqələri üzrə işçi qrupunun üzvü Hadi Rəcəbli və deputat Hüseynbala Mirələmov "Zərifə Əliyeva" kitabının təqdimat mərasimində iştirak etmək üçün dekabrın 1-dən 4-dək Belarusun paytaxtı Minsk şəhərində səfərdə olacaqlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Milli Məclisin mətbuat xidməti xəbər verir.

Azərbaycanın tanınmış oftalmoloq-alimi Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş bu kitabın müəllifi Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmovdur.

İctimaiyyət arasında böyük maraqla qarşılanan "Zərifə Əliyeva" kitabı belarus dilinə tərcümə edilərək nəşr olunub. Ölkəmizin Minskdəki səfirliyi ilə Belarus Milli Kitabxanasının birgə təşkil etdikləri təqdimat mərasiminə Belarusun dövlət qurumlarının təmsilçiləri, deputatlar, bu ölkədəki diplomatik korpusların, Azərbaycan diasporunun, medianın və yerli ictimaiyyətin nümayəndələri dəvət ediliblər. Tədbirdə Azərbaycan parlamentinin deputatları çıxış edəcək, akademik Zərifə Əliyeva ilə bağlı xatirələrini danışacaqlar.

Səfər çərçivəsində Belarus-Azərbaycan parlamentlərarası əlaqələri üzrə işçi qrupunun üzvləri ilə görüş də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti