...

Rusiya C-300 raketlərinin İrana çatdırılmaması nəticəsində yüz milyonlarla dollar itirib

Siyasət Materials 1 Mart 2013 22:59 (UTC +04:00)
Rusiyaya İrana satılması nəzərdə tutulan C-300 HHM raketlərinin çatdırılmaması nəticəsində yüz milyonlarla dollar zərər dəyib.
Rusiya C-300 raketlərinin İrana çatdırılmaması nəticəsində yüz milyonlarla dollar itirib

Azərbaycan, Bakı, 1 mart /Trend/

Rusiyaya İrana satılması nəzərdə tutulan C-300 HHM raketlərinin çatdırılmaması nəticəsində yüz milyonlarla dollar zərər dəyib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda bildirilir ki, beynəlxalq məhkəmədə isə Rusiyaya qarşı 4 milyard dollarlıq iddia var.

Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin direktoru Aleksandr Fominin sözlərinə görə, hüquq İran tərəfindədir.

Bununla yanaşı, o, deyib ki, İran üçün hazırlanmış C-300 raketlərini digər ölkələrə satmaq mümkün deyil. Fomin atıcı silahlar timsalında bildirib ki, hətta, avtomatın belə nişangahı, güllələri var.

"C-300 raketlərinin sistemi isə həddindən artıq çətindir. Onun tərkibinə qırğın, ərazi vasitələri həmçinin, tərəfdaşın özünün seçə biləcəyi digər elementlər daxildir" - deyə Fomin əlavə edib.

Bununla yanaşı, raket sisteminin digər komponentlərini başqa ölkələrdən də sifariş etmək mümkündür. Buna görə də, C-300 spesifik məhsuldur və onun xarici bazarda reallaşdırılması çətindir.

Xəbər lenti

Xəbər lenti