...

Azərbaycan Diplomatik Akademiyasında Doktorların 8-ci simpoziumu keçirilir

Cəmiyyət Materials 23 Dekabr 2013 18:18 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Gənc aspirantlar və doktorların inkişafına dəstək proqramı" çərçivəsində Doktorların 8-ci simpoziumu keçirilir. Bu barədə Trend-ə ADA-nın Kommunikasiya Departamentindən məlumat verilib.
Azərbaycan Diplomatik Akademiyasında Doktorların 8-ci simpoziumu keçirilir

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Gənc aspirantlar və doktorların inkişafına dəstək proqramı" çərçivəsində Doktorların 8-ci simpoziumu keçirilir. Bu barədə Trend-ə ADA-nın Kommunikasiya Departamentindən məlumat verilib.

Simpoziumda ADA-nın rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev, ADA-nın tədris işləri üzrə prorektoru Patrik Kvin və digər qonaqlar iştirak ediblər.

İki gün davam edəcək simpozium sosial elmlərin bütün sahələrini, xüsusilə də siyasi elmlər, beynəlxalq münasibətlər, iqtisadiyyat, enerji və ekologiya, beynəlxalq hüquq və dinşünaslıq sahələrində doktorantura təhsili alan gənc aspirantlar və doktorları bir araya gətirib. Simpozium doktorların təhsil sərgisi, plenar sessiya, tematik panellər və ADA-nın "Gənc aspirantlar və doktorların inkişafına dəstək proqramı"nın iştirakçıları tərəfindən hazırlanan təqdimatları əhatə edib.

Simpoziumda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə "Azərbaycanda elm: mövcud nailiyyətlər və gələcək planlar" mövzusunda çıxış edib, gənc aspiratların suallarını cavablandırıb.

Keçirilən simpoziumun əhəmiyyətini yüksək qiymətləndirən səfir H.Paşayev belə tədbirlərin ADA-da keçirilməsinin artıq adət halını aldığını deyib. ADA-nın yerli professorları da işə cəlb etməkdə maraqlı olduğunu qeyd edən rektor gənc aspirantlarla gələcək əməkdaşlıqların nəzərdə tutulduğunu da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti