...

Azərbaycanda tələbələr əməkhaqqı almaqla elmi tədqiqat işləri apara biləcəklər

Cəmiyyət Materials 3 İyul 2014 13:28 (UTC +04:00)
Azərbaycanda tələbələr kafedra və elmi bölmə rəhbərləri tərəfindən ödənişli əsaslarla (qrant hesabına, təsərrüfat müqaviləsi əsasında) aparılan elmi tədqiqat işlərinə cəlb oluna və əməkhaqqı ala bilərlər.
Azərbaycanda tələbələr əməkhaqqı almaqla elmi tədqiqat işləri apara biləcəklər

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda tələbələr kafedra və elmi bölmə rəhbərləri tərəfindən ödənişli əsaslarla (qrant hesabına, təsərrüfat müqaviləsi əsasında) aparılan elmi tədqiqat işlərinə cəlb oluna və əməkhaqqı ala bilərlər.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, bu, təhsil nazirinin əmri ilə təsdiqlənən "Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə"də öz əksini tapıb.

Əsasnaməyə görə, bakalavriat səviyyəsində tələbələrə tapşırıqlar verilərkən onların təhsildə əldə etdiyi uğurları nəzərə alınmalı, eyni zamanda onlara problem xarakterli tapşırıqlar verilməməlidir. Bu tapşırıqlarda yaradıcılıq elementlərindən istifadə olunması, sadə araşdırmaların və tədqiqatların aparılması nəzərdə tutulmalıdır.

Təhsildənkənar vaxtlarda yerinə yetirilən və tədris proqramlarının tələblərinə cavab verən tələbənin elmi tədiqat işi müvafiq laboratoriya, kurs, buraxılış və ya dissertasiya işi kimi də qəbul edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti