...

Bakı "Avro-2020" üçün namizədliyini irəli sürəcək

İdman Materials 7 Dekabr 2012 10:02 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarınının Bakıda keçirilməsi üçün namizədlik irəli sürəcək.
Bakı "Avro-2020" üçün namizədliyini irəli sürəcək

Azərbaycan, Bakı, 7 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarınının Bakıda keçirilməsi üçün namizədlik irəli sürəcək. Bu barədə Trend-ə cümə günü AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.

"Bakının namizədliyi ilə bağlı 2013-cü ilin əvvəlində texniki görüş keçiriləcək, sonra isə sənədlərin hazırlanması prosesinə başlanacaq", - Məmmədov deyib.

Qeyd edək ki, daha öncə Azərbaycan və Gürcüstan 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatını birgə təşkil etmək təklifini irəli sürmüşdü və bununla bağlı tenderdə iştirak etməyə hazır olduğunu bəyan etmişdi. UEFA İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında isə "Avro 2020"-nin Avropanın müxtəlif şəhərlərində keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Məmmədov bildirib ki, Azərbaycan tərəfi UEFA prezidenti Mişel Platininin irəli sürdüyü yeni təklifi səsləndirildiyi andan dəstəkləyib.

"Avropa çempionatının müxtəlif şəhərlərdə keçirilməsi azarkeşlər və qəbul edən ölkələr üçün geniş imkanlar yaradır. Çempionat 1-2 yox, bir neçə ölkədə keçiriləcəyi təqdirdə bütün Avropa ərazisində azarkeşlərin onlara yaxın olan şəhərlərdə futbolu izləmək imkanı yaranır", - baş katib deyib.

Qeyd edək ki, Bakıda FİFA prezidenti Jozef Blatterin və UEFA prezidenti Mişel Platininin iştirakı ilə 65 min azarkeş tutumuna malik olacaq stadionun inşasına başlanılıb. Stadionun tikintisi 2015-ci ildə başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti