...

Prezident İlham Əliyev Rumıniya Prezidentinə başsağlığı verib

Siyasət Materials 8 Avqust 2025 18:27 (UTC +04:00)
Prezident İlham Əliyev Rumıniya Prezidentinə başsağlığı verib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti