...

Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatdı (FOTO)

İqtisadiyyat Materials 8 Avqust 2025 15:57 (UTC +04:00)
Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatdı (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə konteyner dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilir ki, bu dövrdə Bakı Limanı vasitəsilə aşırılan konteyner həcmi 60 429 TEU təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,2% artım deməkdir. 2024-cü ilin yanvar-iyul aylarında bu göstərici 39 184 TEU ekvivalentinə bərabər olmuşdu.

Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanında müşahidə olunan bu pozitiv dinamikanın ilin sonuna qədər davam edəcəyi və göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra Limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti