...

Azərbaycan və Qırğızıstan arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat Materials 8 Avqust 2025 15:54 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov avqustun 8-də Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin və sıx təmaslarının dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında və ardıcıl şəkildə inkişaf etməsində ən mühüm amil olduğu vurğulanıb.

İki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüş zamanı həmçinin Baş nazirin müavini S.Şərifovun həmsədri olduğu Azərbaycan-Qırğızıstan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının növbəti iclasının cari ilin sonlarında Bakı şəhərində keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti