Bakı. Trend:
Çinin şimal qərbində yelrəşən Yujonq rayonunda ardıcıl leysan yağışlardan sonra meydana gələn sel azı 10 nəfərin həyatına son qoyub, 33 nəfər itkin düşüb.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, davam edən leysanlar Lanjou şəhəri yaxınlığındakı dağlıq ərazilərdə sel və azı bir torpaq sürüşməsinə səbəb olub.
Təbii fəlakət nəticəsində yerli infrastruktura ciddi ziyan dəyib, ərazidəki elektrik və telekommunikasiya xəttləri yararsız hala gəlib. Dörd kəndin 4 minə yaxın sakini əlacsız vəziyyətdə qalıb.
Qısa müddət ərzində bölgəyə 195 millimetrə yaxın yağıntı düşüb.