...

“N-Telekom” və “Naxçıvanpoçt” publik hüquqi şəxsləri yenidən təşkil ediləcək

Cəmiyyət Materials 8 Avqust 2025 17:45 (UTC +04:00)
“N-Telekom” və “Naxçıvanpoçt” publik hüquqi şəxsləri yenidən təşkil ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “N-Telekom” publik hüquqi şəxsi və “Naxçıvanpoçt” publik hüquqi şəxsi yenidən təşkil ediləcək.

Trend xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində “N-Telekom” publik hüquqi şəxsi “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməklə yenidən təşkil ediləcək.

“Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-Naxçıvan Telekom) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə ediləcək:

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə:

  • Naxçıvan Telekomun yenidən təşkili və ləğv edilməsi;

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə:

  • Naxçıvan Telekomun nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

Nazirliyə:

  • Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Naxçıvan Telekomun icra orqanının rəhbərinin və onun müavininin (müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
  • Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Naxçıvan Telekomun nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
  • Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Naxçıvan Telekomun strukturunun, işçilərinin say həddinin və əməkhaqqı sisteminin müəyyən olunması;
  • Naxçıvan Telekomun xərclər smetasının təsdiq edilməsi;
  • Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Naxçıvan Telekomun tabeliyində hüquqi şəxs statuslu qurumların (törəmə və asılı cəmiyyətlərin) yaradılması, yenidən təşkili və ya ləğv edilməsi;
  • Naxçıvan Telekomun icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
  • Naxçıvan Telekomun müşahidə şurasının seçilməsi və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
  • Naxçıvan Telekomun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
  • Naxçıvan Telekomun illik hesabatlarının və maliyyə hesabatlarının təsdiq edilməsi, onun mənfəətinin və zərərinin bölüşdürülməsi;
  • Naxçıvan Telekomun xalis aktivlərinin dəyərinin 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Naxçıvan Telekomun aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
  • Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Naxçıvan Telekomun nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi;
  • bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

Nazirliyin tabeliyində “Naxçıvanpoçt” publik hüquqi şəxsi “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra-Naxçıvanpoçt) çevrilməklə yenidən təşkil ediləcək.

Naxçıvanpoçtun ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə:

  • Naxçıvanpoçtun yenidən təşkili və ləğv edilməsi;

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə:

  • Naxçıvanpoçtun nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

Nazirliyə:

  • Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Naxçıvanpoçtun icra orqanının rəhbərinin və onun müavininin (müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
  • Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Naxçıvanpoçtun nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
  • Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Naxçıvanpoçtun strukturunun, işçilərinin say həddinin və əməkhaqqı sisteminin müəyyən olunması;
  • Naxçıvanpoçtun xərclər smetasının təsdiq edilməsi;
  • Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Naxçıvanpoçtun tabeliyində hüquqi şəxs statuslu qurumların (törəmə və asılı cəmiyyətlərin) yaradılması, yenidən təşkili və ya ləğv edilməsi;
  • Naxçıvanpoçtun icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
  • Naxçıvanpoçtun müşahidə şurasının seçilməsi və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
  • Naxçıvanpoçtun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
  • Naxçıvanpoçtun illik hesabatlarının və maliyyə hesabatlarının təsdiq edilməsi, onun mənfəətinin və zərərinin bölüşdürülməsi;
  • Naxçıvanpoçtun xalis aktivlərinin dəyərinin 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Naxçıvanpoçtun aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
  • Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Naxçıvanpoçtun nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi;
  • bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

  • Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etməlidir;
  • Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat verməlidir;
  • mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat verməlidir.

Nazirlik:

  • Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Naxçıvan Telekomun və Naxçıvanpoçtun nizamnamələrini təsdiq etsin, ilkin nizamnamə kapitallarının formalaşdırılmasını təmin etsin və fəaliyyətlərinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etməlidir;
  • Naxçıvan Telekomun və Naxçıvanpoçtun dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görməlidir;
  • bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti