...

Metroda dünyaya gələn uşağa verilən imtiyaz məlum olub

Cəmiyyət Materials 8 Avqust 2025 12:21 (UTC +04:00)
Metroda dünyaya gələn uşağa verilən imtiyaz məlum olub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək.

Trend xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.

“Bu hadisə bir daha sübut etdi ki, Bakı metropoliteninin kollektivi təkcə texniki təhlükəsizlik baxımından deyil, insan həyatı ilə bağlı fövqəladə hallarda da hazırlıqlıdır.Dünya təcrübəsində bu kimi hallar az da olsa qeydə alınır. Hər zaman əsas olan insan həyatıdır və bu baxımdan biz əməkdaşlarımızın peşəkarlığı ilə fəxr edirik"-A.Zamanov deyib.

O qeyd edib ki,bu gün Bakı metropoliteninin tarixində unudulmaz bir hadisə baş verib. Bakı metrosunda ilk dəfə səhər saatlarında – təxminən 07:40 radələrində – “20 Yanvar” stansiyasında bir qadın dünyaya övlad gətirib:

"Stansiya əməkdaşlarımızın çevik reaksiyası və peşəkar yanaşması sayəsində qadına dərhal ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası zəruri müdaxilə edib və ana ilə körpə saat 08:06-da xəstəxanaya yola salınıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti