Bakı. Trend:
Bakının Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 8 avqust tarixində 35 kV-luq hava xəttində təmir və gücləndirmə işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.