...

Azərbaycanla “SpaceX” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

İqtisadiyyat Materials 8 Avqust 2025 12:40 (UTC +04:00)
Azərbaycanla “SpaceX” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin ABŞ-də “SpaceX” şirkətinin vitse-prezidenti Stefani Bednareklə görüşü baş tutub.

Trend xəbər verir ki, bu barədə M.Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, görüş Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində baş tutub.

“Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik.

“SpaceX” şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik”, - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti