...

Neft Emalı Zavodunun yenidən qurulmasında iştirak edən şirkət Azərbaycan bazarını tərk edir

İqtisadiyyat Materials 8 Avqust 2025 14:05 (UTC +04:00)
Neft Emalı Zavodunun yenidən qurulmasında iştirak edən şirkət Azərbaycan bazarını tərk edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“KT-Kinetics Technology S.P.A.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv edilir.

Trend xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, mənzil 152 ünvanına bildirə bilərlər.

Sözügedən şirkətin Azərbaycandakı filialı 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Filialın qanuni təmsilçisi Neqro Lusiodur.

Şirkət Azərbaycanda bir sıra mühüm layihələrdə, xüsusən də Neft Emalı Zavodunun yenidən qurulmasında iştirak edib.

Xəbər lenti

Xəbər lenti