...

Azərbaycan XİN Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib

Siyasət Materials 8 Avqust 2025 16:42 (UTC +04:00)
Azərbaycan XİN Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini tam dəstəkləyirik.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

“Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və qonşuluq münasibətlərinə böyük əhəmiyyət verməkdə davam edir”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, bu gün Rusiya və Gürcüstan arasında 2008-ci ildə baş verən müharibədən 17 il ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti