Bakı. Trend:
Uzun müddət davam edən isti hava şəraitindən sonra avqustun 10-u gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 12-dək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi
aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində
yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı
var.
"Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun
artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara
bölgəsinin bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal
olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə
aşağı enəcək",- deyə əlavə edilib.