...

Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyuldu

Gündəm Materials 8 Avqust 2025 17:28 (UTC +04:00)
Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyuldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Türkiyə Respublikasının Ədirnə vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Hindistan Respublikasının Maxaraştra ştatında dabaq xəstəliyi, Bolqarıstan Respublikasının Köstəndil vilayətində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində blutanq xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Aberdinşir inzibati ərazi vahidində və Cənubi Afrika Respublikasının Qərbi Keyp əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

"Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən adıçəkilən ölkələrin həmin inzibati ərazi vahidlərinə, zonalaşma prinsipi nəzərə alınmaqla, ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti