...

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Cəmiyyət Materials 8 Avqust 2025 14:12 (UTC +04:00)
ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər
Bakı.Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə sahə üzrə nüfuzlu beynəlxalq təşkilat olan Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) arasında “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinə dəstəyin təmin edilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən memorandumda ANAMA-nın potensialının gücləndirilməsi, strateji planlaşdırma və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirməyə dəstək, birgə layihələrin həyata keçirilməsi, humanitar minatəmizləmə ilə ətraf mühit və iqlim dəyişikliyi arasında bağlantılar daxil olmaqla bilik və təcrübə mübadiləsi, informasiyanın idarə edilməsi, təlimlərin keçirilməsi kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti