Bakı. Trend:
Çinin cənubunda yerləşən Quanqcou şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində yeddi nəfər həlak olub, daha yeddi nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, hadisə yerində axtarış-xilasetmə işləri başa çatıb. Regional fövqəladə hallar departamentinin komandası ərazinin təmizlənməsi və hadisə baş verən rayondakı tikililərin təhlükəsizliyinin qiymətləndirilməsi işlərini davam etdirir.
Sürüşmə Bayyun şəhər rayonunda bir neçə fərdi evi dağıdıb, nəticədə insanlar evlərin içində qalıb. Dağ süxurlarının hərəkətinə bölgədə bir neçə gündür davam edən güclü leysan yağışları səbəb olub.