Bakı. Trend:
İspaniyanın “Barselona” komandasının aparıcı futbolçusu Robert Levandovski sıradan çıxıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, 36 yaşlı hücumçunun sol budunda əzələ ağrıları var. Polşalı forvard bu səbəbdən bazar günü Joan Qamper Kuboku uğrunda İtaliya təmsilçisi “Komo” ilə keçiriləcək matçı buraxacaq.
Təcrübəli futbolçunun hansı tarixdə yaşıl meydanlara qayıdacağı məlum deyil.