...

AMB 3 kredit ittifaqına icrası məcburi göstəriş verdi

İqtisadiyyat Materials 8 Avqust 2025 16:23 (UTC +04:00)
AMB 3 kredit ittifaqına icrası məcburi göstəriş verdi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı( AMB) “Hacıoğlu Kredit İttifaqı”, “Stimul” Kredit İttifaqı və “İnci Kredo” Kredit İttifaqı MMC-lərə icrası məcburi göstəriş verib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Bildirilir ki, “Stimul” Kredit İttifaqı, “Hacıoğlu Kredit İttifaqı” və “İnci Kredo” Kredit İttifaqı tərəfindən 2025-ci ilin II rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kredit ittifaqlarına bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti