...

“Qazprom Ermənistan”ın keçmiş sədri tutulub

Dünya xəbərləri Materials 8 Avqust 2025 12:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Korrupsiya ilə Mübarizə Komitəsi bu gün “Qazprom-Armeniya” QSC-nin keçmiş baş direktoru, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Artununyanı saxlayıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV Korrupsiya ilə Mübarizə Komitəsinə istinadən məlumat yayıb.

Yayılmış məlumata görə, keçmiş məmur qanunsuz sahibkarlıq fəaliyyəti, rəqabətə qarşı fəaliyyət və çirkli pulların yuyulmasında ittiham olunur.

Arutyunyan 2014–2016-cı illərdə “Qazprom Ermənistan” şirkətinin baş direktoru olub. Bundan sonra o, Dövlət Gəlirləri Komitəsinin sədri vəzifəsinə təyin edilib və hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra, 2018-ci ildə istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti