...

Ağdərə, Laçın, Xocalı rayonlarında daha 26 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verilib

Cəmiyyət Materials 8 Avqust 2025 15:39 (UTC +04:00)
Ağdərə, Laçın, Xocalı rayonlarında daha 26 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu dəfə Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən daha 26 şəxsi proqram çərçivəsində aktivlərlə təmin edib.

Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, verilmiş aktivlər hesabına həmin sakinlər maldarlıq, keçiçilik, qoyunçuluq və arıçılıq zərfləri üzrə öz təsərrüfatlarını yaradıblar.

"Proqram iştirakçıları doğma yurdlarında təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəkdən razı qaldıqlarını bildirib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Onlar qurduqları bu təsərrüfatları daim genişləndirməyə çalışacaqlarını vurğulayıblar.

Beləliklə, Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən artıq 220 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatların qurulması işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti