...

“Microsoft” virusları süni intellektlə aşkar edəcək

Gündəm Materials 8 Avqust 2025 12:32 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Microsoft" kibertəhlükəsizlik sahəsində yeni dövrə başlayır.

Trend xəbər verir ki, şirkət “Project Ire” adlı süni intellekt sistemini təqdim edib.

Bu sistem əvvəlcədən məlumat və ya imza bazasına əsaslanmadan, proqram faylını özü təhlil edərək, onun zərərli olub-olmadığını müəyyənləşdirir.

Süni intellekt “angr” və “Ghidra” kimi alətlərdən istifadə edərək, faylın nəzarət axını qrafikini qurur, funksiyaları təhlil edir və nəticəni “sübutlar zənciri” ilə əsaslandırır. Sınaqlarda sistem zərərli faylların 90%-ni düzgün aşkar edib, yalnız 2% səhv pozitiv göstərib.

“Microsoft”un hədəfi naməlum və görünməmiş təhlükələri belə vaxtında müəyyən edə bilən, insan müdaxiləsinə ehtiyac duymayan müdafiə sistemidir.

Bu texnologiya yaxın gələcəkdə təhlükəsizlik mütəxəssislərini əvəz edə biləcək səviyyəyə çatmaq üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti