...

Yaponiyada bıçaqla silahlanmış naməlum şəxs 19 nəfəri qətlə yetirib

Dünya xəbərləri Materials 26 İyul 2016 03:40 (UTC +04:00)
Yaponiyanın Kanaqava prefekturasının bıçaqla silahlanmış naməlum şəxs sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.
Yaponiyada bıçaqla silahlanmış naməlum şəxs 19 nəfəri qətlə yetirib

Bakı. Trend:

Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanmış naməlum şəxs məhdud qabiliyyətli insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Cinayəti törədən 26 yaşlı şəxs olub. Hadisədən yarım saat sonra o özü polisə gələrək təslim olub.

O bildirib ki, əvvəllər həmin internatda çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti