...

Türkiyədə daha 12 vəkil hərbi çevrilişə cəhd ittihamı ilə həbs edildi

Dünya xəbərləri Materials 30 İyul 2016 11:43 (UTC +04:00)
Türkiyənin Konya şəhərində iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhdlə bağlı saxlanılan 20 vəkildən 12-i artıq cəhddə iştirak ittihamı ilə həbs edilib.
Türkiyədə daha 12 vəkil hərbi çevrilişə cəhd ittihamı ilə həbs edildi

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Konya şəhərində iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhdlə bağlı saxlanılan 20 vəkildən 12-i artıq cəhddə iştirak ittihamı ilə həbs edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.

Digər saxlanılan vəkillərin ifadələri prokurorluqda alındıqdan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisə nəticəsində 237 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti