...

İraq Ordusu İŞİD-dən yeni əraziləri azad etdi - SİYAHI

Dünya xəbərləri Materials 31 Oktyabr 2016 15:18 (UTC +04:00)
İraq Ordusunun antiterror dəstələri Mosul yaxınlığında Bazvaya yaşayış məntəqəsini və bir neçə kəndi İŞİD terror təşkilatının döyüşçülərindən azad edib.
İraq Ordusu İŞİD-dən yeni əraziləri azad etdi - SİYAHI

Bakı. Trend:

İraq Ordusunun antiterror dəstələri Mosul yaxınlığında Bazvaya yaşayış məntəqəsini və bir neçə kəndi İŞİD terror təşkilatının döyüşçülərindən azad edib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Mosulun azad edilməsi əməliyyatlarına komandanlıq edən general-leytnant Əbdüləmir Yaralla bildirib ki, azad edilmiş ərazilərdə artıq dövlət bayrağı ucaldılıb.

Bundan başqa, İraq Federal Polisi qüvvələri tərəfindən Mosuldan cənubda Suruc kəndinin azad edildiyi də bildirilir.

Həmçinin Mosulun şərqində Tobruk, Tahraua kəndləri də İŞİD döyüşçülərindən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti