Bakı. Trend:
Berlin polisi yük maşınını yarmarkada insanların üzərinə sürən şəxsi hadisə şahidinin köməyi ilə saxlayıb.
Bu barədə Trend RİA Novosti agentliyinə istinadən bildirir.
Məlumata görə, şahidlərdən biri bir müddət hücum edən şəxsi izləyib və onun yerini polisə məlumat verib.
Qeyd edək ki, ötən gün Berlində Milad yarmarkasında Paskistan əsilli Nəvid B. yük maşınını yüksək sürətlə insanların üzərinə sürüb. Hücum nəticəsində 12 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb