...

Hindistan çəkdiyi kinolar kimi, fəzaya peyk buraxıb - Çox sayda

Dünya xəbərləri Materials 16 Fevral 2017 07:52 (UTC +04:00)
Hindistan kosmik fəzaya eyni vaxtda 104 peyk buraxmaqla rekorda imza atıb.
Hindistan çəkdiyi kinolar kimi, fəzaya peyk buraxıb - Çox sayda

Bakı. Trend:

Hindistan kosmik fəzaya eyni vaxtda 104 peyk buraxmaqla rekorda imza atıb.

Trend-in məlumatına görə, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı Yer səthini müşahidə edəcək “Cartosat-2” peykini fəzaya buraxıb. Həmin peyklə yanaşı, çəkisi 1-10 kilqoram ətrafında 103 ayrı peyk də buraxılıb.

Qeyd edək ki, bundan əvvəlki rekord Rusiyaya məxsus idi. Rusiya 2014-cü ildə fəzaya 37 peyk göndərmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti