...

Türkiyədə atıma baş verib: 2 yaralı

Dünya xəbərləri Materials 9 Mart 2017 06:02 (UTC +04:00)
Türkiyənin Karabük vilayətində atışma baş verib
Türkiyədə atıma baş verib: 2 yaralı

Bakı. Trend:

Türkiyənin Karabük vilayətində atışma baş verib.

Trend-in Milliyet-ə istinadən verdiyi məlumata görə, şəhər sakini motosikletlə səs-küy etdikləri üçün qonşuluqda yaşayan 2 nəfəri üzərində olan lisenziyasız tapanca ilə yaralayıb.

Hadisədən sonra hücum edən şəxs lisenziyasız tapançası ilə birlikdə polis tərəfindən saxlanılıb.

Zərərçəkmişlərdən biri ayağından digəri isə sinəsindən güllə yarası alıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti