Bakı. - Trend:
Türkiyənin Çanaqqala vilayətində zəlzələ baş verib.
Trend-in Türkiyə Fövqəladə halların qarşısının alınması və fəsadların aradan qaldırılması İdarəsinin (AFAD) istinadən məlumatına görə, yeraltı təkanların maqnitudası 4,2 bal gücündə olub.
Zəlzələnin saat 18:19-da, 6,91 kilometr dərinlikdə baş verdiyi müəyyənləşdirilib
Zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb. Xəsarət alanların da olmadığı bildirilib.