...

Suriya ordusu İŞİD-in sonuncu böyük məntəqəsini ələ keçirib

Dünya xəbərləri Materials 25 Mart 2017 01:17 (UTC +04:00)
Suriya ordusunun döyüşçüləri Hələb əyalətinin Deir-Xafir şəhəri üzərində nəzarət nəzarəti ələ keçiriblər
Suriya ordusu İŞİD-in sonuncu böyük məntəqəsini ələ keçirib

Bakı. Trend:

Suriya ordusunun döyüşçüləri Hələb əyalətinin Deir-Xafir şəhəri üzərində nəzarət nəzarəti ələ keçiriblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, şəhərin azad edilməsindən əvvəl ordunu ilə "İslam dövləti" terror qruplaşmasının yaraqlıları arasında güclü toqquşmalar baş verib.

Ordu şəhəri tam mühasirəyə aldıqdan və onun ətrafında bütün kəndləri tutduqdan sonra şəhəri ələ keçirməyə bacarıb.

Qeyd edək ki, Hələblə Fərat arasında yerləşən Deir-Xafir şəhəri Suriya ordusunun Rəqqaya gedən yolda İŞİD-in sonuncu böyük məntəqəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti