...

Yaponiya və Rusiya ikiqat vergitutma haqqında konvensiya imzalayıblar

Dünya xəbərləri Materials 28 Aprel 2017 06:59 (UTC +04:00)
Yaponiya hökuməti ilə Rusiya arasında ikiqat vergidən yayınmağa imkan verən yeni konvensiya imzalanıb
Yaponiya və Rusiya ikiqat vergitutma haqqında konvensiya imzalayıblar

Bakı. Trend:

Yaponiya hökuməti ilə Rusiya arasında ikiqat vergidən yayınmağa imkan verən yeni konvensiya imzalanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Yaponiya XİN-in rəsmi bəyanatında deyilir.

Yeni konvensiya hazırda fəaliyyət göstərən 1986-ci ildə SSRİ və Yaponiya arasında imzalanan "İkiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanı" əvəz etməlidir.

Yaponiya XİN-i qeyd edir ki, konvensiya zəruri prosedurları keçdikdən sonra imzalanacaq və hər iki ölkənin parlamenti tərəfində ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti