...

Tanınmış şoumen Murad Arif Stokholmda nişanladı (FOTO)

Mədəniyyət Materials 31 Yanvar 2011 14:08 (UTC +04:00)
Tanınmış şoumen Murad Arif Stokholmda nişanladı
Tanınmış şoumen Murad Arif Stokholmda nişanladı (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Şəxsi həyatını hər vəchlə mediadan gizli saxlamağa çalışan populyar Azərbaycan şoumeni, tele-aparıcı və dj, eləcə də prodüser və bəstəkar kimi tanıdığımız Murad Arif nişanlanıb. Facebook sosial şəbəkəsindəki profilinə bəzi düzəlişlər edən Murad ailə vəziyyəti bölümünə nişanlı sözünü yazıb. Maraqlısı odur ki, şoumenin nişan mərasimi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda baş tutub. Çünki onun könül verdiyi xanım İsveçin paytaxtı Stokholmda yaşayır. Trend-in əldə etdiyi məlumata görə, o, sözügedən ölkədə təkdir. Yəni, milli adət-ənənələrimiz çərçivəsindən kənara çıxaraq, nişan üzüyünü götürərək, elçiliyə özü yollanıb. Qızın kimliyi haqqında heç bir məlumatı dəqiqləşdirə bilmədik. Amma deyəsən, Muradın İsveçdəki günləri heç də pis keçmir. Facebook-da yazdığı şərhlərində belə qeyd edir: "İki gündür mən çox xoşbəxtəm. Stokholmda hər şey var... Stokholm, sevdim səni".

Muradın bizə məlum olan nömrəsinə dəfələrlə zəng etməyimizə baxmayaraq, mobil telefonu bağlı olduğundan, şəxsi həyatında baş verən bu xoş hadisəyə münasibət öyrənməyə müvəffəq olmadıq. Amma ümidvarıq ki, yaydığımız bu xəbəri şoumen şəxsi həyatına müdaxilə kimi qiymətlədirməyəcək və Bakıya dönər-dönməz nişan mərasiminin təfərrüatları barəsində Trend oxucularını məlumatlandıracaq.

Şoumen İsveçdə olsa da Fecebook sosial şəbəkəsində İsveçrədə çəkdirdiyi şəkilləri yerləşdirib.

Xəbərə o qədər də aidiyyatı olmasa da, nişanlı Muradın öz səhifəsində qeyd etdiyi daha bir ürək sözlərini olduğu kimi sizə təqdim edirik. Şoumen ən xoş günlərində faciəli şəkildə qətlə yetirilmiş məşhur "Bitles" qrupunun solisti John Lennon sözlərini belə istifadə edib. "Təsəvvür et, nə cənnət var, nə cəhənnəm. Hamı bu gün üçün yaşayır. Ölkələr də yoxdur, sərhədlər də. Uğrunda öləcək və ya öldürəcək heç nə, hətta din də yoxdur. Hamı sülh içində yaşayır. Hər şey ümumidir, nə soyğunçuluğa ehtiyac var, nə də aclığa. Bütün insanlar isə qardaşdır.
Təsəvvür et ki, insanlar yer kürəsini paylaşa bilib...".

Xəbər lenti

Xəbər lenti