...

Türkdilli ölkələrin fotorəssamları Astanada görüşüblər

Mədəniyyət Materials 29 Avqust 2012 17:54 (UTC +04:00)
Astanada türkdilli ölkələrin fotorəssamlarının "Yeni minilliyin yeni paytaxtı" adlı 9-cu görüşü başlayıb.
Türkdilli ölkələrin fotorəssamları Astanada görüşüblər

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir C.Babayeva/

Astanada türkdilli ölkələrin fotorəssamlarının "Yeni minilliyin yeni paytaxtı" adlı 9-cu görüşü başlayıb.

Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkiyə və digər türkdilli ölkələrin rəssamları Astananın həyatını şəkillərin yaddaşına köçürtmək üçün bu şəhərə toplaşıblar.

Trend-in Qazaxıstan KİV-ə istinadən verdiyi məlumata görə, tədbirin məqsədi türkdilli ölkələrin mədəniyyətlərarası əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, ümumi mədəni dəyərlərin qorunması, inkişafı və gələcək nəsillərə ötürlməsinə yardım etməkdir.

Tədbir çərçivəsində fotosessiya keçiriləcək. Fotosessisyanın yekununda "Yeni minilliyin yeni paytaxtı" adlı sərgi təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti