...

Lara Fabian Azərbaycana gələcək

Mədəniyyət Materials 22 Aprel 2013 10:02 (UTC +04:00)
Lara Fabian Cənubi Qafqaz Forumunda iştirak edəcək.
Lara Fabian Azərbaycana gələcək

Azərbaycan, Bakı, 22 aprel / Trend müxbir M.Əliyev/

Lara Fabian Cənubi Qafqaz Forumunda iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Komitənin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün məşhur belçikalı müğənni Lara Fabian Azərbaycana səfər edəcək.

Lara Fabian tədbirin əsas günündə Qlobal Liderlər Şurasının təsis olunması ilə bağlı xüsusi konsert verəcək.

Mayın 6-8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 50-dən çox sabiq ölkə və hökumət başçılarını bir yerə toplayacaq.

Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti