...

Əzizə Mustafazadənin Serbiyada konserti keçirilib

Mədəniyyət Materials 29 Aprel 2014 00:08 (UTC +04:00)
Aprelin 26-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin dəstəyi, habelə Novı Sad Beynəlxalq Musiqi Festivalının (NOMUS) təşkilatçılığı ilə Serbiyanın mədəniyyət və incəsənət paytaxtı hesab edilən Novı Sad şəhərində Azərbaycanın dünya şöhrətli musiqiçisi, artıq UNESCO-nun Ümumdünya Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli muğamımızı caz musiqisi ilə ahəngləşdirərək beynəlxalq səviyyədə tanıdan Vaqif Mustafazadənin layiqli davamçısı Əzizə Mustafazadənin möhtəşəm konserti keçirilmişdir.
Əzizə Mustafazadənin Serbiyada konserti keçirilib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Aprelin 26-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin dəstəyi, habelə Novı Sad Beynəlxalq Musiqi Festivalının (NOMUS) təşkilatçılığı ilə Serbiyanın mədəniyyət və incəsənət paytaxtı hesab edilən Novı Sad şəhərində Azərbaycanın dünya şöhrətli musiqiçisi, artıq UNESCO-nun Ümumdünya Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli muğamımızı caz musiqisi ilə ahəngləşdirərək beynəlxalq səviyyədə tanıdan Vaqif Mustafazadənin layiqli davamçısı Əzizə Mustafazadənin möhtəşəm konserti keçirilmişdir.

NOMUS beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunmuş bu konsertdə həm yerli, həm də xarici tamaşaçılar Ə.Mustafazadənin özünəməxsus və rəngarəng ifasını heyranlıq və gurultulu alqışlarla qarşılamış, konsertin yekununda onu üç dəfə təkrar ifa üçün səhnəyə çağırmışlar.

Səfirliyin dəvəti əsasında Serbiyanın hökümət və parlament üzvləri, Novı Sad şəhərinin rəhbərliyi, eləcə də Serbiyanın tanınmış siyasi, ictimai və mədəniyyət xadimləri, həmçinin Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri qeyd olunan konsertdə tamaşaçı qismində iştirak etmişlər.

Qeyd olunan konsert Serbiya KİV-də geniş işıqlandırılmışdır.

Novı Sad şəhərinə səfəri çərçivəsində səfirliyimizin əməkdaşları Ə.Mustafazadə ilə görüşmüş, ona Azərbaycan dövlətinin Serbiyada həyata keçiridiyi humanitar layihələr, o cümlədən konsertin keçirildiyi Novı Sad şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və Azərbaycan dövlətinin dəstəyi ilə Dunay çayının sahilində inşa edilmiş "Üzeyir Hacıbəyli" memorial kompleksi, voyevodinalı qaçqınların müraciəti əsasında əsaslı təmir və bərpa edilmiş "Müqəddəs Petka" kilsəsi, habelə Novı Sad İncəsənət Akademiyasının musiqi sahəsində fərqlənən üç ən yaxşı tələbəsinə Azərbaycan Hökuməti tərəfindən "Üzeyir Hacıbəyli təqaüdünün" verildiyi barədə məlumat verilmişdir. Ə.Mustafazadə hazırda daimi əsasda xaricdə yaşadığına baxmayaraq ürəyinin hər zaman Azərbaycanla döyündüyünü və doğma vətənimizin uğurlarının onu hədsiz sevindirdiyini, özünün də bütün qüvvəsi ilə Azərbaycanı xaricdə təmsil etmək əzmində olduğunu bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti