...

YARAT Samirə Əfəndiyevanın iştirakı ilə canlı musiqi axşamına dəvət edir

Mədəniyyət Materials 29 Noyabr 2016 13:34 (UTC +04:00)
YARAT Mərkəzində “Musiqi axşamları” silsiləsi bərpa edilib.
YARAT Samirə Əfəndiyevanın iştirakı ilə canlı musiqi axşamına dəvət edir

Bakı. Trend:

YARAT Mərkəzində “Musiqi axşamları” silsiləsi bərpa edilib. YARAT Müasir İncəsənət Mərkəzindən Trend-ə verilən məlumata görə, noyabrın 30-da müğənni Samirə Əfəndiyevanın iştirakı ilə canlı musiqi axşamı keçiriləcək. İstedadlı sənətçi ifası ilə yanaşı, sərgilərlə bağlı təəssüratlarını da tamaşaçılarla bölüşəcək. Gecənin xüsusi qonağı tanınmış mügənni Tünzala Ağayeva olacaq.

S.Əfəndiyeva “Böyük səhnə” Beynəlxalq Vokal layihəsinin və "Səs Azərbaycan” yarışmasının iştirakçısı və finalistidir. Samirənin musiqiyə olan sevgisi hələ uşaqlıq illərindən başlayıb və artıq 3 yaşından Oqtay Zülfüqarovun rəhbərlik etdiyi Uşaq filarmoniyasının solisti idi. K.Səfərəliyev adına musiqi məktəbini bitirdikdən sonra, Azərbaycan Milli Konservatoriya nəzdində Musiqi Kollecinə daxil olur. Həmçinin, S.Əfəndiyeva "Baku Project" qrupu ilə birgə Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin 3 illiyinə həsr olunmuş konsertdə çıxış edib və 2016-cı ildə Alanyada keçirilən jaz festivalının iştrakçısı olub.

Əməkdar artist T.Ağayeva Azərbaycan müğənnisi və bəstəkarıdır. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. 2001-ci ildə “Bakı payızı” gənc ifaçılar müsabiqəsinin qalibi olub. Bir sıra beynəlxalq musiqi festivallarında iştirak edib, o cümlədən: 2002-ci Rusiyada keçirilmiş Türksoy - Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalının qalibi və Çexiyada 2006 və 2007-ci illərdə keçirilən «Barevna Planet» Beynəlxalq Müasir Musiqi Festivalının iştirakçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti