...

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib (YENİLƏNİB) (FOTO)

Gündəm Materials 6 İyun 2018 13:40 (UTC +04:00)
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib.
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib (YENİLƏNİB) (FOTO)

İlk xəbər saat 13:05-də yayılıb

Bakı. Trend:

İyunun 6-da Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri Qələbə meydanına gələrək Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar. Sonra qonaqlar Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kızıl şəhərindəki Prezident Kadet Məktəbinin tədris bazası ilə tanış olub, ağaclar əkib və “Aldın-Bulak” etnomədəni kompleksini ziyarət ediblər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.

X X X

13:05

Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərinə gəlib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən müdafiə nazirləri Tıvanın Aldan-Maadır milli muzeyini, “Asiyanın mərkəzi” adlı memarlıq kompleksini ziyarət edərək müxtəlif ekspozisiyalarla tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti