...

Azərbaycan ərəb ölkələrinə quşçuluq məhsullarının ixracını artıracaq

Gündəm Materials 6 Noyabr 2018 09:29 (UTC +04:00)
Azərbaycan gələn il ərəb ölkələrinə quşçuluq məhsullarının ixracını artıra bilər
Azərbaycan ərəb ölkələrinə quşçuluq məhsullarının ixracını artıracaq

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan gələn il ərəb ölkələrinə quşçuluq məhsullarının ixracını artıra bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

O gələcəkdə toyuq məhsullarının ixracat həcmi və coğrafiyasının genişlənə biləcəyini də istisna etməyib.

Y.Abdullayev əlavə edib ki, Azərbaycanda hazırda ət və ət məhsulları ilə bağlı daxili tələbat tam ödənilsə də, bu məhsulun ixracı hələlik nəzərdə tutulmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti