...

Tovuzda "Mercedes" "Muravey"lə toqquşdu, yaralanan var

Hadisə Materials 12 Noyabr 2018 21:31 (UTC +04:00)
Tovuzda yol qəzası baş verib.
Tovuzda "Mercedes" "Muravey"lə toqquşdu, yaralanan var

Bakı. Samir Əli - Trend:

Tovuzda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun mərkəzində baş verib.

Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Musayev Rəsul Məhərrəm oğlu "Muravey" markalı motosikletlə küçədə hərəkətdə olarkən işıqforun tələblərini pozub. Nəticədə motosiklet qarşı tərəfdən gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində R.Musayev ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

R.Musayev dərhal əməliyyat olunub, hazırda reanimasiyadadır. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti