...

Panamerika Gimnastika İttifaqının prezidenti: Azərbaycanın çox güclü Gimnastika Federasiyası var

Gündəm Materials 3 Dekabr 2018 18:54 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası çox güclüdür və güclü iqtisadi və texniki bazaya malikdir
Panamerika Gimnastika İttifaqının prezidenti: Azərbaycanın çox güclü Gimnastika Federasiyası var

Bakı. Cani Babayeva, Sara İsrafilbəyova - Trend:

Azərbaycan Gimnastika Federasiyası çox güclüdür və güclü iqtisadi və texniki bazaya malikdir.

Bunu Trend-ə Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresi çərçivəsində Panamerika Gimnastika İttifaqının prezidenti və FIG İcraiyyə Komitəsinin üzvü Naomi Valenzo deyib.

O, Federasiyanın işinin yüksək qiymətləndirildiyini deyib:

“Heç də bütün federasiyalar bu cür tədbir keçirməyi öhdəsinə götürə bilməz”.

O həmçinin qeyd edib ki, Konqres çox yaxşı keçir, vacib məsələlər müzakirə olunur.

N.Valenzonun sözlərinə görə, vacib qərarlardan biri parkurun gimnastika növləri siyahısına daxil edilməsidir.

O, Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbovun işini yüksək qiymətləndirib və ona gimnastikanın inkişafı üzrə işinə və bu Konqresin Bakıda keçirilməsinə görə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti