...

Əfv olunmuş gənc: Məni ailəmə qovuşdurduğu üçün Prezident İlham Əliyevə minnətdaram

Gündəm Materials 22 Mart 2019 11:48 (UTC +04:00)
"Məni ailəmə qovuşdurduğu üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm".
Əfv olunmuş gənc: Məni ailəmə qovuşdurduğu üçün Prezident İlham Əliyevə minnətdaram

Bakı. Samir Əli - Trend:

"Məni ailəmə qovuşdurduğu üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm".

Bunu Trend-ə açıqlamasında Prezident İlham Əliyevin əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunan 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Abasət Süleymanov deyib.

Keçmiş məhkum bu xəbəri çox səbirsizliklə gözlədiyini bildirib: "Sevincimdən danışa bilmirəm, çox həyəcanlıyam. Cənab Prezidentə minnətdarlığımı bildirirəm, məni ailəmə qovuşdurdu. Öz adımdan, ailəmin adından dövlət başçısına təşəkkür edirəm".

A.Süleymanov hər bir vətəndaşın daim dövlət başçısının diqqətində olduğunu vurğulayıb: "Prezident İlham Əliyev həmişə humanist addımları ilə bizi sevindirib".

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti