...

Norilskdən Bakıya reys açılır

Gündəm Materials 6 Sentyabr 2019 15:27 (UTC +04:00)
Rusiyanın “NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı marşrutu ilə və əks istiqamətdə reyslərə bilet satışlarına başlayıb
Norilskdən Bakıya reys açılır

Bakı. Kəmalə Məmmədli - Trend:

Rusiyanın “NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı marşrutu ilə və əks istiqamətdə reyslərə bilet satışlarına başlayıb.

Trend-in məlumatına görə, bu reyslər payız-qış mövsümündə, 2019-cu il oktyabrın 27-dən 2020-ci il martın 28-dək həyata keçiriləcək.

Norilskdən Ufaya uçuş hər həftənin cümə günləri yerli vaxtla saat 11:30-da, Ufadan Bakıya uçuş həmin gün saat 15:30 yerinə yetiriləcək.

Bakıdan Ufaya uçuş da hər həftənin cümə günü saat 19:00-da, Ufadan Norilskə uçuş cümədən şənbəyə keçən gecə 01:10-da yerinə yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti