...

"BakıKart"ın onlayn ödəmə sisteminə keçidi niyə ləngiyir? - Rəsmi açıqlama

Gündəm Materials 17 Sentyabr 2020 16:36 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda ictimai nəqliyyatda ödəniş kartlarının balansının onlayn artırılması ilə bağlı görülən tədbirlər ləngiyir. Belə ki, bu ilin birinci yarısında artıq onlayn ödəmə sisteminin tətbiqinə keçid planlaşdırılsa da, pandemiya səbəbindən proses yubanıb.

Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu proses pandemiyadan sonra reallaşacaq: "Bu gün "BakıKart"ın balansının artırılması ilə bağlı sərnişinlərimizin rastlaşdığı çətinliklər bizə də məlumdur və bu hal onlar qədər bizi də narahat edir. Onlayn ödəmə sisteminin olmasının zəruriliyini bilirik və bu istiqamətdə mümkün olan bütün addımları atırıq. Sizə də məlumdur ki, pandemiyadan doğan müəyyən obyektiv səbəblər var. Bu işdə əməkdaşlıq etdiyimiz şirkətin mütəxəssisləri xarici ölkə vətəndaşlarıdır və onlar karantin səbəbindən Bakıda deyillər. Mümkün olduğu qədər işlər onlayn formatda aparılır. Bizim planımız onlayn ödəmə sistemlərinin bu ilin birinci yarsına qədər işə salmaq idi. Amma qeyd etdiyim kimi, bizdən aslı olmayan məqamlar ortaya çıxdı".

M.Ağayev bildirib ki, hazırda Bakıda ümumilikdə 396 ədəd ödəmə terminalı mövcuddur. Bu terminallardan 148-i Bakı Metropoliteni stansiyalarında yerləşir ki, bunların da hamısı "BakıKart"a aiddir: "Eyni zamanda, avtobus dayanacaq məntəqələrində "BakıKart"a məxsus 51 ödəmə terminalı var. Sərnişinlərin rahatalığı nəzərə alınaraq "BakıKart" sisteminin inteqrasiya olunduğu "MilliÖn" terminallarının sayı isə 197-dir. Son vaxtlar artan tələbatı nəzərə alaraq bəzi ərazilərdə kartın balansını artırmağa imkan verən pos-terminallar da qoyulur. Bu pos-terminallar əsasən "BakuBus" avtobuslarının xidmət göstərdiyi ətraf kənd və qəsəbələrdə hamı tərəfindən tanınan və 24/7 saat işləyən dükanlarda qoyulur. Məsələn Mərdəkan, Bakıxanov, Qaraçuxur qəsəbələrində bu cür terminallar quraşdırılıb. Həmçinin, bildirim ki, ödəmələrin daha rahat olması üçün ən optimal həll variantı nağdsız ödəniş sistemlərinin olmasıdır. Bu istiqamətdə də tərəfimizdən zəruri addımlar atılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti