...

Barselona metrosunda Azərbaycanla bağlı bilbordlar quraşdırılıb (FOTO)

Gündəm Materials 10 İyun 2021 11:38 (UTC +04:00)
Barselona metrosunda Azərbaycanla bağlı bilbordlar quraşdırılıb (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə İspaniyanın Barselona şəhərindəki metronun müxtəlif platformalarında 28 may – Respublika gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.

Komitədən Trend-ə verilən məlumata görə, bilbordlarda 28 may tarixinin Azərbaycanın Respublika günü kimi qeyd edildiyinə, ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib. İşğaldan azad olunmuş torparlarımızın, Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda məlumatlar yerləşdirilib.

Qeyd edək ki, hər gün 10 minlərlə insanın istifadə etdiyi metroda Barselona Metropolitanının əvvəlcədən müəyyənləşdirdiyi cədvəl üzrə yerləşdirilən bilbordlar 1 ay müddətində nümayiş etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti