...

Avstriyada koronavirus əleyhinə kütləvi etirazlar keçirilib

Gündəm Materials 12 Fevral 2022 04:29 (UTC +04:00)
Avstriyada koronavirus əleyhinə kütləvi etirazlar keçirilib

Bakı. Trend:

Avtriyanın paytaxtı Vyanada cümə axşamı koronavirus məhdudiyyətlərinə etiraz əlaməti olaraq kütləvi etiraz aksiyaları keçirilib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, aksiyalar, əsasən, avtoyürüş xarakteri daşıyıb.

Etirazçılar səs siqnallarından istifadə edərək tətbiq edilən məhdudiyyətlərə, hamçinin hakimiyyətin pandemiya ilə bağlı siyasətinə qarşı öz narazılıqlarını bildiriblər. Hazırda Avstriyada sərt koronvirus məhdudiyyətləri qüvvədədir.

Vaksinasiyadan keçməkdən imtinaya görə cərimə tətbiq edilir, peyvənd olunmamış insanlar üçün bir çox ictimai yerlərə giriş qadağandır.

Aksiya dinc şəkildə yekunlaşıb, heç bir qayda və asayiş pozuntusu qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti