Bakı. Trend:
2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 90-cı illərdə müharibə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürülüb.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç komitəsinin ötən ilki fəaliyyəti ilə bağlı keçirilən tədbirdə qeyd edilib.
Bildirilib ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan qalıqların axtarışı və götürülməsi məqsədilə 346 əməliyyat aparılıb.
Həmçinin, 347 itkin ailəsinə psixoloji-sosial dəstək verilib, 258 itkin ailəsinə maliyyə yardımı edilib.